Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Nardaran hadisələrinə görə həbs olunan şəxsin şikayətinə baxılacaq

Nardaran hadisələrinə görə həbs olunan şəxsin şikayətinə baxılacaq

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs olunan Ələkbər Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Camal Ramazanov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 13-nə təyin edilib.

Ə.Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəmənin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın