Bazar , Yanvar 23 2022
Ana səhifə / Şou Biznes / Narazı qalanlar, pul yığa bilməyənlər və ərə gedənlər…

Narazı qalanlar, pul yığa bilməyənlər və ərə gedənlər…

2021-ci ilin bitməsinə sayılı günlər qalıb. Bəs görəsən  geridə qoyduğumuz bu ili sənətçilər necə xatırlayacaq? Bu il onların yaddaşında nələrlə qalacaq?

 Mövzu ilə bağlı sənətçilər Moderator.az-a təəssüratlarını bölüşdülər:

Müğənni İzzət Bağırov geridə qoyduğumuz ili o qədər dəqənaətbəxş hesab etmir: 

 “İnanmıram ki, kimsə geridə qoyduğumuz bu ildən tam razı qalsın. İlin özündə də çətinliklər oldu. Pandemiyadan qalan xəstəliklər, qapanmalar, işsizlik… İşlərin zəif olması hər şeyə təsir etdi. Bu bütün sahələrə aiddir. Müharibədən çıxmış  ölkəyik. Şəhidlərimiz, qazilərimiz var. Şükürlər olsun ki, biz bu müharibədən qalib xalq kimi çıxdıq. Biz bunu yaşadıq. Bir üzümüz gülsə də bir üzümüz ağlayır.

 
 Geridə qoyduğumuz ili qənatəbxəş hesab etmək olmaz.  Əsas odur ki, yavaş-yavaş da olsa biz pandemiyaya qalib gəlməyə başladıq. Ondan əvvəlki il daha qorxulu idi. Yenə də şükürlər olsun ki, salamatıq”.  

İfaçı Nadir Qafarzadə 2021-ci ildə yaxşı, eyni zamanda pis hadisələrlə yadda qaldığını bildirib:
“Biz bu il də şəhid xəbərləri eşitdik… Gözü yaşlı ataları, anaları, gəlinləri, bacıları gördük. Onların dərdinə şərik çıxdıq. Oğul dərdindən bir anda saçı ağarmış şəhid valideynlərini gördük.
Bütün bu yaşananlara baxmayaraq biz işlərimizə davam etməli idik. Düşündük ki, həyat davam edir. Sənətimizlə məşğul olduq, ailəmizdə yenilik oldu. Övladımı nişanladım. İndi necə danışsam insanlar qəbul etməyəcək. Hərdən düşmənləri güldürməmək, sevindirməmək üçün bir balaca da gülmək məcburiyyətindəyik”. 

 Afət Fərmanqızı isə 2021-ci ildən uğurla çıxanlardandır:

 “2021-ci ildə çox sənət yoldaşlarımı itirdim. Onları tez-tez anır, təəssüf hissi keçirirəm.
Bu bir ilə nəzər salanda isə mənim üçün məhsuldar bir il oldu. Yeni evə köçdüm, şəxsi həyatımda da yeniliklər oldu”.

Prodüser, aktyor Elməddin Cəfərov isə hesab edir ki, geridə qoyduğumuz il onun üçün o qədər də yaddaqalan olmayıb: 

 “2021-ci ili nəzərə alanda işlərimizdə durğunluq yarandı. Ən çox yadda qalan odur ki, yanvarın 1-i ad günümdür.

2021-ci ildə yeni bir film çəkdim. Həmin film hazırda kinoteatrlarda təqdim olunur. “Qısaqapanma” adlı  verilişimiz efirdədir. Ümumilikdə isə gerdiə qoyduğumuz ildə  çox da böyük uğur qazanmamışam”. 
 

Həmçinin oxuyun

Tanınmış aktrisaya qarşı dələduzluq: “Məni məmur qohumları ilə hədələyirlər”

“Vicdan haqqı” serialının Larisası kimi tanınan aktrisa Çimnaz Sultanova dələduzluqla üzləşib. Sənətçi bu barədə sosial şəbəkə hesabında …