Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Naqif Həmzəyevin növbədənkənar “qələmi qırıldı”

Naqif Həmzəyevin növbədənkənar “qələmi qırıldı”

Ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu halda bir deputatın mandatsız qalacağı indidən məlum olub.

24saat.org-a verilən xəbərə görə, Gəncənin deputatı Naqif Həmzəyevin “qələmi qırılıb”.
N.Həmzəyev AXC-nun quruclarından olan M.Ə.Rəsulzadə haqda aşağılayıcı fikirləri ilə skandal yaratmışdı.
Onun çıxışı xidmət etdiyi YAP rəhbərliyinə də xoş gəlməmişdi. Hətta həmkarı Ağacan Əbiyev onu danlamışdı.
N.Həmzəyev Rəsulzadəni vətən xaini adlandırmışdı. Qeyd etmək lazımdır ki, mövcud hakimiyyət Rəsulzadə və silahdaşlarının qurduğu AXC-ni heç zaman inkar etməyib.
Əksinə, indiki Azərbaycanı AXC-nin varisi adlandırıb. Bunu prezident İlham Əliyev də vurğulayıb.
Gənc mandat sahibinin isə yersiz və təhqiramiz çıxışı yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Onun deputat kimi 2 il ərzində hər hansı fəallığı da müşahidə olunmur.
Bütün bu faktorlar Həmzəyevin hesabına mənfi xal kimi yazılır və növbədənkənar seçkilər olacağı halda onun yenidən deputat seçiləcəyi gözlənilmir.
İddialara görə, deputat qırmızı xətti keçib və hakim dairələr onu Milli Məclisdə bir daha görmək istəmir.
Ancaq növbədənkənar seçkilər olmasa belə, 2020-ci il seçkilərində Həmzəyevin adı mandatlılar siyahısında yer almayacağı deyilir. Bu təkcə Rəsulzadə haqda fikirlərinə görə deyil, fəaliyyətindəki passivliklə əlaqələndirilir. Deputatın mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın