Ana səhifə / Şou Biznes / Naqif Həmzəyevin 2020 mandatının üstündən xətt çəkildi – Sensasion təfərrüat

Naqif Həmzəyevin 2020 mandatının üstündən xətt çəkildi – Sensasion təfərrüat

Ölkənin ikinci şəhərinin əhalisi gənc millət vəkilinin yerinə sanballı ziyalı arzulayır. Gəncəlilər onların problemlərini həll etmək iqtidarında olmayan Naqif Həmzəyevin bir xeyrini görməyiblər.

Politika.Az-ın məlumatına görə, Gəncənin gənc deputatı Naqif Həmzəyev 2015-ci ildən millət vəkili olsa da, bu böyük şəhər üçün heç bir iş görməyib.

Özünü şəhərin icra başçısının köməkçisi funksiyasını yerinə yetirən adam kimi aparan Həmzəyevə nə seçicilər, nə şəhər sakinləri müraciət etmirlər. Bilirlər ki, onsuz da problemin həllinə qadir deyil.

Elmar Vəliyevin qeyri-rəsmi tapşırıqlarını icra edən Naqif Həmzəyevi Gəncədə deputat kimi az adam tanıyır.

N.Həmzəyev E.Vəliyevin xahişlərini edən və seçicilərinin müraciətlərinə, zənglərinə telefonunu söndürən bir mandat sahibidir. Geridə qalan dövr ərzində onun Milli Məclisdə səsini eşidən olmayıb.

Ən yaxşı halda AXC liderlərindən olan Rəsulzadəni vətən xaini adlandırmaqla dillərdə əzbərə çevrilib ki, onun cavabını da həmkarı Ağacan Əbiyev verib. Ondan sonra gənc deputatın çıxışları istisna hallarda media səhifələrində görünür.

Politika.Az-ın məlumatına görə, Gəncə Azərbaycanın ən əzəmətli şəhərlərindən biridir. Yerli sakinlərin sözlərinə görə, belə bir şəhərin deputatı gənc Naqif Həmzəyevin olması onların ürəyincə deyil.

Onlar hesab edirlər ki, Gəncəyə daha sanballı bir ziyalı deputatlıq etməlidir, onların şikayət və müraciətlərini dinləməlidir. N.Həmzəyev icra başçısı barədə mediada gedən yazıların ört-basdır edilməsi, xahiş-minnət vəzifələrini icra edir.

Halbuki, deputatın işi Milli Məclisdə Gəncə və ölkədəki aktual mövzular haqda çıxış etmək, məsələ qaldırmaq, iqtisadi böhrandan çıxış yolları haqda təkliflər irəli sürməkdir.

Deyilənə görə, N.Həmzəyevin mandata sahiblənməsində E.Vəliyevin böyük rolu olub. Ona görə də gəncəlilərin fikrincə, millət vəkili də elə icra başçısıdır.

N.Həmzəyev E.Vəliyevin 1-ci müavini olduğu dövrdə onun bütün təlimatlarına boyun əyib və əvəzində deputatlıq mükafatını qazanıb. Onun deputat kimi hər hansı fəallığı da müşahidə olunmur.

Bütün bu faktorlar Həmzəyevin hesabına mənfi xal kimi yazılır və onun yenidən deputat seçiləcəyi gözlənilmir. 2020-ci il seçkilərində Həmzəyevin adı mandatlılar siyahısında yer almayacağı deyilir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın