Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Şou Biznes / Nanə: “Qanımızı qaraldan səbəblər var”

Nanə: “Qanımızı qaraldan səbəblər var”

Məşhur teleaparıcı Nanə Ağamalıyeva yeni paylaşımı ilə diqqət çəkib. 

Sosial şəbəkədə fotosunu yayn aparıcının ona yazdığı şərh izləyicilərinin marağına səbəb olub. O, dəyişməyə, daha güclü olmağa can atdığını bildirib:

“Ağ rənglə dostam…. Həyat ağ-qara zolaqlardan ibarətdir deyirlər… Açılan hər səhər yeni gün, yeni nəfəs, yeni şükr, yeni sən, yeni, yeni, o qədər yenilənir ki, heç qara zolağa yer qalmır axı… Əlbəttə, dünyamızı, qanımızı qaraldan səbəblər var, amma onların hamısı yeni açılan səhərə qədərdir… Yeni açılan səhərlərdə yeni həvəslə bizi həvəsdən salıb yarım qoyduğumuz işləri başladıq, yeni açılan səhərdə dəyişməyə, güclü olmağa can atdıq, yeni açılan səhərdə gözəl xəbər eşidib həyatdan tutunmağa səbəb tapdıq, yeni açılan səhərdə vətənə qayıdıb onun havasını udduq, yeni açılan səhərdə göyə baxıb susaraq göz yaşımız gizlin qəlbimizə axaraq Allahımıza ürəkdən şükr edib bağışlanmağımızı istədik, bizi bağışlayan Allahın bəxş etdiyi günləri Allahın əmri ilə yaşadığımızı dərk edə-edə insan qalmağa çalışdıq…. Allahın rəhmi ilə həyat mənim üçün ağ zolaqdan ibarətdir…”

Həmçinin oxuyun

“Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” – Zöhrə Abdullayeva uzun zaman sonra efirdə

Ötən il yeganə övladı olan oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun zaman sonra efirə …