Cümə , Aprel 12 2024
Ana səhifə / Şou Biznes / Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama

Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet hazırladıqlarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Gül kimi şou”da danışıb. O bildirib ki, artıq mahnı da seçilib:

“Deyirlər bizim duet başlayandan, başqalarının toyu azalıb. Bununla fəxr edən deyiləm. Bu bazarın adamları var, mən də bu bazardayam. Yeni duetlə bağlı ilk addımlar atılıb. Yeni mahnı da seçilib. Qalıb bunu həyata keçirtmək. Proses gedir”.

Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlunun illər əvvəl oxuduğu “Sevirəm”, “Bağlanıram” duetləri illərdir hitdir. 

Həmçinin oxuyun

“Cehiz ürəyimə yatmadı, hamısını yandırdım” – Video

Əməkdar artist Elnarə Abdullayeva cehizini yandırıbmış. Sənətçi bunu “7 tamam” verilişində bildirib.   “Öz ailəmizə görə yüksək …