Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Nağılbazın atasının səhhətində problem yarandı – İki xəstəliklə üz-üzədir

Nağılbazın atasının səhhətində problem yarandı – İki xəstəliklə üz-üzədir

Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevin səhhətində problem yaranıb.
UlduumSan.Az xəbər verir ki, bu haqda aparıcı Zaur Baxşəliyev “BizimləSən” verilişində məlumat verib.
R. Cəbiyevi studiyaya dəvət edən Z. Baxşəliyev etiraf edib ki, mərhum reperin atası verilişə onun təkidi ilə gəlib:
“Mən Rizvan bəydən rica etdim. O gəlmirdi. Dönə-dönə xahiş etdim ki, zobunla, uroloji problemlərinlə bağlı doktorum var. Bu gün Rizvan müəllim Anarın yoxluğunu hiss etməsin deyə, biz onun yanındayıq”.
Rizvan Cəbiyev öz növbəsində Zaur Baxşəliyevə təşəkkürünü bildirib:

“Allah sizə ömür versin. Siz insanlara ümid verirsiniz. Dünyada ümidi itirmək ən dəhşətli şeydir”.
Xatırladaq ki, keçmiş deputat Rizvan Cəbiyevin oğlu reper Anar Nağılbaz bu ilin avqustunda vəfat edib. //BAKU.WS

 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …