Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nadir Qafarzadənin çıxışını kəsdilər – VİDEO

Nadir Qafarzadənin çıxışını kəsdilər – VİDEO

Müğənni Nadir Qafarzadə “Mədəniyyət” kanalının ona qadağa qoyduğunu iddia edib.

Sənətçi bir neçə gün əvvəl Heydər Əliyev Sarayında qazi və şəhid ailələri üçün keçirilən konsertdə səhnəyə çıxıb. Həmin tədbir sözügedən kanal tərəfindən lentə alınıb.

Konsert efirə verilən zaman isə Qafarzadənin çıxışı yayımlanmayıb.

“Mədəniyyət” kanalının rəhbəri mənim oxuduğum mahnını kəsib, montaj edib. Beləliklə, mən efirə getmədim. Bu konsert 15 gün əvvəl olub” deyə, Nadir bildirib.

Qeyd edək ki, rejissor Üviyyə Könül bir neçə gün əvvəl “Mədəniyyət TV”yərəhbər təyin edilib. 

https://ok.ru/videoembed/2969523194580

Axşam.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …