Müğənninin bu fikrinə görə, sənətçilərin əksəriyyəti ona etiraz edərək, İlhamə Quliyevanın ünvanına təhqir dolu ifadələr işlədiblər.

AzNews.az xəbər verir ki, Nadir Qafarzadə İlhamə Quliyevaya ünvanlanan təhqirlərin qarşısında susmayıb. Əksinə, həmin sənətçiləri insan, xüsusilə də qadın alverində ittiham edib:

“Deyəsən mənim ağzımın açılma zamanı gəlib. Qələt edib oturun yerinizdə. Hacılara, Rusiyada yasayan pullu kişilərə, bəzi “məmur”lara qız çıxarmamışam. Yəni “papa karloluq” etməmişəm. Belə getsə susmayacam. Amma kiminsə artıq acı həqiqəti açıb söyləmək zamanı gəlib. Qadın müğənniləri satışa çıxaranlar, susun. Beynəlxalq “papa karlolar”, mənim qorxacağım bir şey yoxdur. Amma siz yaxşı- yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Məndə “tormoz” yoxdur. İlhamə xanımı sizin şantajlarınız öldürdü. Evlər yıxanlar, utanın hərəkətlərinizdən, maskalanıb xalqın gözündə özünüzü yaxşı, xeyirxah adam kimi qələmə verməyin. Camaat hər şeyi görür və bilir. Mən axı arxivəm, unutmayın. Zibillərinizi açıb tökərəm. Cavanşir müəllim düz deyirdi: “şou- biznesdə “mama rozalar” və “papa qərənfillər” var, özü də onlar çoxluq təşkil edir”. Haram pul qazanıb günaha batırlar”.

Nadir Qafarzadə bildirib ki, ona qarşı kimlərsə çaşsa, həmin hacıların və başqalarının adını da qeyd edəcək: “İnsan alveri ilə məşğul olanlar, siz muredar insanlarsınız. Qazandığınız pul burnunuzdan gələcək. Allah haqqı nahaqqa qoymaz, rayon toylarında qadın müğənniləri oxumaq adı ilə aparıb pula satanlar… Hətta satdıqlarının içində aparıcılar da var. Cavan müğənni qızların üzlərini baha qiymətə açdırırlar. Lazım olsa adlarını yazacam. Bəzi rayon icra rəhbərlərinə qız çıxarmaqla başqa evə, avtomobilə sahib çıxırsınız. Zaman gələcək cavab verəcəksiniz. Çox güvənirsiniz hacılara, hacıleyləklərə, bəzi məmurlara. Elə bilirsiniz onlar sizi xilas edəcək. Əksinə özlərinin zibili açılanda sizi qoyub qaçacaqlar”.