Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Nadir Qafarzadə canlı efirdə ağladı: “Anam 70 il ömür sürdü, amma…” – FOTO

Nadir Qafarzadə canlı efirdə ağladı: “Anam 70 il ömür sürdü, amma…” – FOTO

“Ədalətsizlik, haqsızlıq dünən də olub, bu gün də olur, sabah da olacaq. Çox sadəlövh olmuşam. O zamanlar məni başa salan ətrafım olmayıb. Əvvəlcə hamı məndən istifadə edirdi. Qatıldığım verilişlərin aparıcıları məni qızışdırırdılar ki, proqramları reytinqli və baxımlı olsun. Onlar bu yolla mənə zərbələr vururdular. Tamaşaçıların gözündən salırdılar”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “ŞOU ATV” proqramının canlı efirində qonaq olarkən deyib. Verilişin aparıcısı Nanə Ağamalıyeva müğənninin valideynlərindən bəhs edərkən N.Qafarzadəni qəhər boğub. O, anasının əzablı günlər keçirdiyindən danışaraq, göz yaşı töküb:

“Anamdan söz düşəndə içim sızlayır, məni çox yandırır. Ona lazım olanda mənim imkanım yox idi. Anam 70 il ömür sürdü, amma yeddi dəfə xoşbəxt olmadı. O, əziyyətli, əzablı, yeddi övladı düşünən, özü yeməyib uşaqlarına saxlayan, əyilməyən bir qadın olub. Anam qürurlu qadın idi. O, kasıblığını, yoxsulluğunu göstərmirdi. Həmişə deyirdi ki, hər şey yaxşıdır. Amma əslində heç nə yox idi”.

Verilişdə qonaq olan digər müğənni, Əməkdar artist Nüşabə Ələsgərli isə Nadir Qafarzadəyə üzünü tutaraq, onun haqqında bu sözləri dilə gətirib:

“Nadir çox emosional və çılğın insandır. O, hər bir məsələni mənimlə məsləhət edir. Çox zaman ona deyirəm ki, düz deyirsən, amma dilinə gətirmə, demə. Nadir məni böyük bacı kimi hər zaman dinləyir. Nadir, səni çox istəyirəm”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə Sevinc adlı xanımla ailəlidir. Onun bu nikahdan iki oğlan övladı var.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …