Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Şou Biznes / Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine Bulutla bağlı sensasion açıqlama verib.

O, deyib ki, bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. “Pis qadının başı kəsilməlidir” deyən Qafarzadə sual edib ki, əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? “Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. İnanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.

O, həmçinin vurğulayıb ki, qadına azadlıq çərçivə daxilində verilməlidir. “İndi zaman o qədər pisləşib ki, insanlar öz qeyrətsziliklərini boynuna alıblar. Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın. Biz azadlığı pozğunluq və əxlaqsızlıqla səhv salmışıq. Azadlıq əsl kişilik, mərdlik və qadınlıqdır. Qadına tam azadlıq vermək olmaz. Qadın üçün çərçivə olmalıdır”.

Müğənninin ötən gün verdiyi bu açıqlama Azərbaycanda sosial şəbəkələrdə böyük etirazlara səbəb olub. Nadir Qafarzadəni tənqid edən ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçiləri onun məhkəməyə verilməsini tələb ediblər. Həmçinin, müğənninin boykot edilməsi, onun toylara çağırılmaması ilə bağlı da çağırışlar edilib. 

Səsləndirdiyi ifadələrə görə mğənni ilə bağlı bir çox tənqid, hətta təhqirlər də yazılıb. 

Həmçinin oxuyun

“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR

Rəqqasə Renka: “Öləndə yanında olmadığım üçün özümü bağışlaya bilmirəm” “Bir müddət öncə keçmiş evliliyimlə bağlı fotoları …