Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Şou Biznes / Nadir Qafarzadə: “Hər şeyi boz rəngdə görürəm…”

Nadir Qafarzadə: “Hər şeyi boz rəngdə görürəm…”

“Səsimdən, əhval ruhiyyəmdən hiss edirsiniz ki, heç nəyə həvəsim yoxdur. Çünki şəhərimiz, həyatımız boz rəngdədir”.

Bu sözləri müğənni Nadir Qafarzadə Musavat.com-a açıqlamasında bildirib. Müğənni hələ də pandemiyanın təsirindən çıxmadığını, 2021-ci ildən heç bir gözləntisi olmadığını dilə gətirib:
“Kim bilərdi ki, 1 ildən sonra bizə belə bir yaşayış qismət olacaq. Keçən ilin ilk aylarından başlayan koronavirus pandemiyası hələ də davam edir.

Biz bir müharibəni qələbə ilə bitirdik, lakin koronavirusa qarşı mübarizə hələ də davam edir. Qalmışıq koronavirusun əlində, bizi o tərəf, bu tərəfə fırladır.

Baxmayaraq ki, virus Çində başlamışdı, artıq çoxdan orada normal həyata dönüş edilib, virus bitib. Lakin digər ölkələrdə, o cümlədən də Azərbaycanda virus hələ də bitmək istəmir. Bunun səbəbi nədir, bilmirəm. Düşünürəm ki, bu virusla daha ciddi mübarizə aparsaydıq, vəziyyət bu həddə çatmazdı.
2021-ci ildən nə gözləyə bilərəm ki? Hələ ki, gözüm hər şeyi boz rəngdə, boşluqda görür. Pis çıxmasın, sanki Allah da bizdən üz döndərib. Bəlkə də göstərməyə çalışır ki, yolumuzu dəyişməliyik, insan olub, insanlığı unutmamalıyıq”.

Müğənni yaradıcılığına da fasilə verdiyini deyib:
“Heç bir mahnı yazdırmıram, heç nəyə həvəsim yoxdur. Televiziyalar da dəvət edəndə bir bəhanə ilə uzaqlaşıram. Çıxıb nə danışacam, əhval ruhiyyəm yoxdur. Arzu edək ki, hər şey yaxşı olsun, əgər yaxşı olarsa… “

Həmçinin oxuyun

Elza Seyidcahan oruc tutur- “Hasly-Baku”da iftar açdı

Tanınmış bəstəkar – müğənni Elza Seyidcahan oruc tutur. Azinforum.az-ın əməkdaşı onu Bakı şəhəri Dilarə Əliyeva …