Bazar ertəsi , May 23 2022
Ana səhifə / Şou Biznes / Nadir Qafarzadə: “Ayaqqabımı geyinəndə həyat yoldaşımdan kömək istəyirdim”

Nadir Qafarzadə: “Ayaqqabımı geyinəndə həyat yoldaşımdan kömək istəyirdim”

Ötən günlərdə müğənni Nadir Qafarzadənin əməliyyat olunması xəbərini vermişdik.

Müğənni səhhətinin yaxşı olduğunu və hazırda evdə olduğunu bildirdi.

“Xəstəxanada bir gün qaldım sadəcə. Elə bir ağır əməliyyat deyildi. Ailə üzvlərimdən başqa kimsə bilmirdi, demək olar ki. Fatimə xanım (Fatimə Fətəliyeva) bilirdi, o gəlmişdi yanıma”.

Müğənni “Plastik əməliyyat etdirdi” , “bədən şəkilləndirdi” kimi şərhlər bildirənlərə də öz sözünü deyib:

“Bəziləri düşünür bu, bədən şəkilləndirmədir. Xeyr, bu, bədən şəkilləndirmə deyil. Özümdə artıq bir çəki daşıyırdım və ondan azad oldum. Məni narahat edirdi, kompleks yaradırdı. Hətta ayaqqabımı geyinəndə belə həyat yoldaşımdan kömək istəyirdim. İstədiyim geyimi ürəyim istəyən kimi geyinə bilmirdim, yaxşı durmurdu”.

Müğənni efirlərdə az görünməsinin səbəbini artıq çəki alması və özündə kompleks yaratması ilə əlaqələndirdi:

“İnşallah, tezliklə efirlərə çıxaram. Çoxdandır efirlərə buna görə də çıxmırdım. Bundan sonra istədiyimi geyinəcəm artıq. Təngnəfəslik də olmayacaq. Mən dinamik insanam. İdmanla da məşğul ola bilərdim, amma artıq idmanlıq deyildi bu. Mütləq əməliyyatla çəkib çıxarılmalı idi”.

Qeyd edək ki, ifaçı ötən günlərdə liposaksiya əməliyyatı ilə qarın nahiyəsindəki artıq piylərdən xilas olub. Oxu.az

Həmçinin oxuyun

Nadir Qafarzadə gəlini ilə fotosunu paylaşdı – Foto

Müğənni Nadir Qafarzadə sosial mediada paylaşım edib. Müğənni “İnstagram” profilində həyat yoldaşı və gəlini ilə …