Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nabrandakı istirahət mərkəzində faciə – 10 yaşlı uşaq hovuzda boğuldu

Nabrandakı istirahət mərkəzində faciə – 10 yaşlı uşaq hovuzda boğuldu

Nabrandakı istirahət mərkəzində faciə baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, bu dəqiqələrdə Nabrandakı “Atlant” istirahət mərkəzində  10 yaşlı uşaq hovuzda boğulub.

Bakıdan valideynləri ilə birlikdə istirahətə gedən Qədirov Xəyal Nihad oğlu hovuzda çimərkən boğulub. Hadisə valideynlərinin gözü qarşısında baş verib.

Hadisə yerinə Xudat Şəhər Xəstəxanasından təcili tibbi yardım maşını gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparmaq üçün hadisə yerinə gediblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın