Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nəzir qutularında şəffaflığı necə təmin edək: QMİ susur

Nəzir qutularında şəffaflığı necə təmin edək: QMİ susur

Xəbər verdiyimiz kimi, ötən həftə “İslam həmrəyliyi və media” mövzusunda konfransda nəzir qutuları ilə bağlı təklif irəli sürülüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, nəzir qutularının açılması ilə bağlı təşəbbüs irəli sürüblər. 

Sitat: “Ziyarətgahlarda toplanan vəsait mətbuatda yazılan, yaxud insanların düşündüyü kimi deyil. Bu vəsaitlər açılarkən prosesdə media nümayəndələrinin iştirakı ilə bağlı Şeyxülislama təklif vermişik”.

Komitə sədri bildirib ki, bu, ziyarətgahlarda toplanan vəsaitlə bağlı yanlış təsəvvürü aradan qaldıracaq. M.Qurbanlı bildirib ki, yanlış təsəvvürün əksinə olaraq hətta böyük dini bayramlardan sonra belə bu ziyarətgahlarda düşünülən qədər böyük vəsaitlər toplanmır.

Qeyd edək ki, “nəzir qutuları” mövzusu Azərbaycan mətbuatında uzun illərdir müzakirə olunur. Təbii ki, sadəcə medianın təşəbbüsü olaraq deyil. Bakıda məscidlərin həyətlərində, yol kənarında qoyulmuş qutulara pulların toplanması, onların kimlər tərəfindən açılması, hansı istiqamətdə xərclənməsi, yəni şəffaflıq mövzuları zaman-zaman gündəmə gəlib. Məscidlərdə bu şəkildə qutuların qoyulmasının İslamla əlaqəsinin olmadığını iddia edənlər də olub, şəffaflıq məsələsini gündəmə gətirənlər də. Ən böyük sual və iradlar isə təbii ki, qutulara toplanan pulların kimlər tərəfindən, hansı istiqamətə xərclənməsi məsələsi olub. Əks tərəfdə isə əsasən QMİ dayanıb və idarə qutulardan toplanan pulların məscidlərdə daxili xərclərin ödənilməsi, xırda təmir-bərpa, kommunal ehtiyacların qarşılanmasına xərcləndiyini bildirir.

Image result for Mübariz Qurbanlı

Bu mənada DQİDK sədrinin bu təşəbbüsü əslində uzun zaman davam edən müzakirələrə nöqtə qoymaq məqsədi kimi yaxşı təşəbbüsdür. Ancaq hələ ki, bu təşəbbüs, necə deyərlər, sual doğurur. Əlbəttə, qutuların medianın iştirakı ilə açılması yaxşı təşəbbüsdür. Ancaq hansı qutular açılacaq? Azərbaycanda təxminən 400 pir-ziyarətgah və 2200-dən artıq məscid var. Bu məscidlərin bir çoxunda nəzir qutuları var. Bütün bu qutuların hamısına ictimai nəzarətin təşkil edilməsi çox da san məsələ deyil. Üstəlik pirlərin bir çoxunun ümumiyyətlə QMİ ilə bağı yoxdur, hər halda QMİ rəhbərliyi bildirir ki, pirlərin çoxuna nəzarət yoxdur.

M.Qurbanlının son təşəbbüsünün taleyi ilə bağlı QMİ-dən məlumat almaq istəsək də, idarənin mətbuat katibi məzuniyyətdə olduğu üçün sualımızı cavablandıra bilməyəcəyini dedi.

Ancaq istənilən halda nəzir qutularının olub-olmaması deyil, orada toplanan vəsaitlərin xərclənməsində şəffaflıq təmin olunması lazımdır. Məsələ ondadır ki, bütün dinlər bir qayda olaraq ianələr, yəni başqa adla sədəqə və nəzirlərlə maliyyələşir. Və bu pullar toplanaraq dini qurumlar adından xeyriyyə işlərinə sərf olunur. Cəmiyyətin əsasən ehtiyaclı, xəstə və köməksiz təbəqəsinə xərclənir. Bu mənada yardım və nəzir toplanmasına qadağa qoymaq və buna qarşı kampaniya aparmaq yox, əksinə, təşviq etmək və cəmiyyətin bu cür yardımlaşmaya diqqətini artırmağa gərək var. Təbii ki, ilk növbədə nəzir və ianə toplanan qurumların şəffaflığı, cəmiyyətə açıq olmasını təmin etmək lazımdır. Çünki həm də bu halda insanlar daha rahat şəkildə yardım edəcək və pulların kimlərsə tərəfindən mənimsənilməsindən narahat olmayacaq.
Bu mənada qutuların açılmasına nəzarətdən daha çox onun şəffaf xərclənməsi daha çox diqqət mərkəzində olmalıdır. (Musavat.com)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın