Ana səhifə / Şou Biznes / Nəsimi rayonunda  görülən işlər müzakirə edildi – FOTOLAR

Nəsimi rayonunda  görülən işlər müzakirə edildi – FOTOLAR

Azinforum.az-a daxil olan məlumata görə Nəsimi rayonu üzrə 2016-cı ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı ilin 9 ayı ərzində dinamik olmuşdur.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 372575.9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Nəqliyyat. 2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 253185.9 min manatlıq xidmətlər göstərilmişdir .
İnformasiya və rabitə. 2016-cı ilin yanvar- sentyabr aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 44720.0 min manatlıq rabitə xidməti göstərilmişdir.
Tikinti. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, da keçən ilin müvafiq dövrünə nisbətən 14.9 faiz çox olmuşur. İstifadə edilmiş vəsaitin 680379.3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur.
Ticarət. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617662.7 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17.8 faiz çox istehlak məhsulları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 321326.3 min manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrünün səviyyəsinin 73.1 faizi həcmində pullu xidmətlər göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin yanvar- avqust ayları ilə müqayisədə 7.7 faiz artaraq 555.1 manata çatmışdır.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonun sənayesində 372575.9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 25 faizi məhsul istehsalının, 75 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 119969.4 min manatlıq və ya ümumi istehsalın 32.2 faizi qədər, qeyri-dövlət sektorunda isə 252606.5 min manatlıq və ya ümumi istehsalın 67.8 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara 409833.5 min manatlıq və ya bütün sənaye istehsalının 110.0 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2016-ci il oktyabrın iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 2615.0 min manat olmuşdur. 2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 253185.8 min manatlıq xidmətlər göstərilmişdir. 2016-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində calışan işcilərin orta siyahı sayı 8834 nəfər, orta aylıq əmək haqqı 517.1 manat olmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına 4381.7 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.9 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 572751.3 min manat (63.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 336377.7 min manat (37.0 faiz) sərmayə yönəltmişlər.2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 680379.3 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.5 faiz çox olmuşdur.
2016-cı ilin yanvar- sentyabr aylarında podratcı təşkilatların gördükləri işlərin həcmi 569860.8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 55.9 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 564162.2 min manat (99,1 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 5698.6 min manat (0,9 faiz) olmuşdur.
2016-cı ilin yanvar- sentyabr aylarında tikintidə işçilərin orta siyahı sayı 7016 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.4 faiz çox olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1007.4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.9 faiz çoxdur.
2016-cı ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617662.7 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 17.8 faiz çox əmtəə satılmışdır. Əmtəələrin 26.1 faizi hüquqi şəxslərin, 64.7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 9.2 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur. Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 616426.9 min manatlıq və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox istehlak məhsulları satılmışdır.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 336663.9 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 280998.8 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 54.5 və 45.5 faiz təşkil etmişdir.
2016-cı ilin yanvar- sentyabr ayları ərzində əhaliyə 43108.5 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 7.6 % çox iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 8.2% hüquqi şəxs statuslu müəssisələrin, 91.8 % isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Artımın 22.5 faizi hüquqi şəxslərin, 77.5 faizi isə fərdi sahibkarların fəaliyyəti sayəsində yaranmışdır.
Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 faizi azalaraq 321326.3 min manat olmuşdur. Ümumi həcmin 72.4 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 232511.3 min manatlıq pullu xidmətlər göstərilmişdir.Əhaliyə göstərilmiş pullu xidmətlərin 5.3 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 304352.4 min manatlıq pullu xidmətlər göstərilmişdir.Əhaliyə göstərilən pullu xidmətlərin 6.4 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 20621.6 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 98.8 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır
2016-cı ilin yanvar-avqust aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9 faiz artaraq 148745 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 7.7 faiz artaraq 555.1 manat olmuşdur.
Cari ilin yanvar- avqust ayları üzrə işçilərin orta sayı və orta aylıq nominal əmək haqqı səviyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməsi rayon üzrə aşağıdakı kimi xarakterizə olunur:
Rayon üzrə muzdla işləyənlərin sayı dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə nisbətdə 2.3 dəfə, onlara hesablanmış əmək haqqı fondu isə 1.1% çox olmuşdur. Bir nəfərə orta aylıq əmək haqqı cari ilin 8 ayında rayon üzrə 555.1 manat o cümlədən dövlət mülkiyyətində 412.9 manat, qeyri-dövlət mülkiyyətində isə 884.2 manat təşkil etmişdir.
2016-cı ilin III rübündə 650 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.
2016-cı il oktyabrın 1-i vəziyyətinə rayonun əhalisi 219.4 min nəfər olmuşdur. Ərazisi 0,01 min kv. km, əhalinin sıxlığı 1 kv km-ə 21940 nəfərdir.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonda 1509 nəfərin doğumu və 797 nəfərin ölümü qeydə alınmışdır. Cari ildə 2015-si ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 7.1-dən 6.8-ə enmiş, ölənlərin sayı eyni səviyyədə qalmış, təbii artım 3.5-dən 3.2-yə enmişdir .
Rayonda 2016-cı ilin yanvar-sentyabr aylarında 728 nikah və 327 bosanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.0-dan 3.3-ə enmiş, boşanmaların sayı isə eyni səviyyədə qalmışdır.
2016-cı ilin yanvar sentyabr aylarında pasport xidmətləri tərəfindən daimi yaşamaq üçün rayona gələn 255 nəfər qeydə alınmışdır.
Cari ilin keçən dövrü ərzində RİH başçısının Sahə inzibati ərazi dairələrində abadlıq-quruculuq işləri, vətəndaşları narahat edən məsələlər və onların müraciətləri ilə bağlı məsələlərin baxılması və həlli istiqamətində işlər davam etdirilmişdir.
Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri 2016-cı ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişdirlər.
2016-cı ilin yanvar ayından başlayaraq nümayəndəliklər tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
Nümayəndəliklər hesabat dövrü ərzində əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdırlar.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir.
Hesabat dövrü ərzində nümayəndəliklər istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına,qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdırlar.
Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görülməsi işləri davam etdirilir.
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətlərinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.
Uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə recissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, 13-20 iyul tarixlərində Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur. 18-26 iyul tarixlərində isə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahət düşərgələrində istirahətlərinin təşkilinin davamı olaraq Quba şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunmuşdur.
Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunmuşdur.
İyul və avqust aylarında məktəblilərin yay tətilinin və asudə vaxtın səmərəli təşkil olunması istiqamətində görülən tədbirlərin davamı olaraq 500 nəfər Nəsimi rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Muzeylərə – C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Həmçinin yay tətili günlərində məktəblilərin “Üfüq” gəmisində gəzintisi və Novxanı AQUAPARK əyləncə mərkəzində istirahəti təşkil edilmişdir.
Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.
Tədbirdə curnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Ahıllara, müharibə veteranları və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
III rüb ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Həmçinin bir qrup müharibə veteranları, ahıllar və əlillər üçün Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzində tədbir təşkil edilmişdir.
Beynəlxalq Ahıllar günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir.
Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan 260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Ramazan və Qurban bayramları kimi əziz bayramlar münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur.
Ümumilikdə Nəsimi rayon İcra hakimiyyəti tərəfindən 2016-cı ilin 9 ayı ərzində 9700 nəfərə yardım göstərilmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb. 2015-2016-cı tədris ilində Elitar Gimnaziyadan 695 bal toplamış məzun Fatimə Abdinli, Texniki Humanitar Liseydən 695 bal toplamış Valeh Rəcəbov və 42 saylı tam orta məktəbdən 690 bal toplamış Aidə Qəhrəmanova Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.
Sentyabr ayının 15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr – «Bilik günü» yüksək təntənə ilə qeyd edilmişdir. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdirlər. Tədbirlərdə yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə şagirdlər və onların valideynləri təbrik edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu bildirilmişdi. Məktəb rəhbərlikləri 2015-2016-cı tədris ilində məktəblərin məzunlarının uğurlu nəticələrini tədbir iştirakçılarının nəzərlərinə çatdırmışdırlar. “Bilik Günü”nə həsr edilmiş bayramlarda məktəbə yeni qədəm qoyan birincilər üçün bayram proqramları göstərilmişdir.
“Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enercisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
İclasda qeyd edilmişdr ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Hesabat dövrü ərzində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan park əsaslı təmir edilmişdir.
Parkın ətrafındakı yaşayış binalarının fasadları – Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı 5.800 kv.m olan 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan 3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir. Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır.Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni işıq dirəkləri quraşdırılmışdır.Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır.
Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Sentyabr ayının 22-də 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır.Söhbətgahın döşəməsinə və ətrafına mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün “Abad həyət”də mini futbol meydançası da salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
H. Seyidzadə 16 a ünvanının sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir,mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
2016-cı ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1700 ərizə və müraciəti ( 2015-ci ilin 9 ayı ərzində 1355 ərizə)daxil olmuşdur.
Onlardan 358-i Prezidentin Administrasiyasından, 29-u Milli Məclisdən, 35-i Nazirlər Kabinetindən, 282-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 996-sı vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 463-ü təkrar, 171-i kollektiv ərizələrdir.
Keçən ilin 9 ayı ilə müqayisədə müraciətlərin sayı 345 ədəd artmışdır.
Artım əhalinin sosial məsələləri, mənzil məsələləri, təmir-tikinti məsələləri, xüsusilə birdəfəlik yardım məsələləri, yeniyetmələrin yay istirahətinin təşkili üzrə və uşaqlara məktəbli formasının verilməsi ilə bağlı müraciətlərin hesabına olmuşdur.
Daxil olmuş 1700 müraciətin 1638-i ərizə, 61-i şikayət xarakterli olmuşdur. Müraciətlərin 459-u müsbət həll olmuş, 786-ı barədə müvafiq izahat verilmiş, 370-i aidiyyəti üzrə göndərilmiş, yerdə qalanları baxılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə uyğun olaraq 9 ay ərzində işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edil
Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq RİH Başçısı, müavinlər və şöbə müdirləri tərəfindən həyata keçirilmiş, yerlərdə 9 ay ərzində səyyar qəbullar keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və höquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin höquqlarının və qanunla qorunan maraqlarının mödafiəsi məqsədi ilə yaradılmış Apellyasiya Şurası işini davam etdirmşdir. «Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarında müraciətlərin elektron qəbulu sisteminə» qoşulması ilə bağlı Prezident Admimnstrasiyası rəhbəri akademik Ramiz Mehdiyevin tapşırığına əsasən rayon icra hakimiyyəti tərəfindən zəruri təşkilati-texniki tədbirlər görülmüş, Rabitə və Yüsək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama mərkəzinə müraciət edilərək elektron imza sertifikatları əldə edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının göstərişlərinə uyğun olaraq RİH-nin saytında Rayon Apellyasiya Şurasının ayrıca elektron ünvanı yaradılmışdır.
Hesabat dövründə Administrasiyanın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Şura iclasında Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının Sədri Milix Yevdayev 70 illik yubileyi münasibəti ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş Nəsimi rayon məktəblərinin müəllimləri təbrik edilmiş və onlara hədiyyələr təqdim edilmişdir.

Həmçinin Nəsimi RİH-nin məsul əməkdaşı Nəcməddin Yunusova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.



















Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın