Ana səhifə / Şou Biznes / Nərimanov məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə ölkə turuna yola salındı – FOTOLAR

Nərimanov məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə ölkə turuna yola salındı – FOTOLAR

2016-cı ilin 24 mart tarixində Nərimanov rayonun məktəblilərindən ibarət növbəti qrup ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, müxtəlif şəhər və rayonlardan olan şagirdləri əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Naxçıvana yola salındılar.

Məktəblilərə tur boyunca bələdçi, müəllim və tibb işçisi nəzarət edəcəkdir.

Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev məktəblilərin sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlarını qeyd edib və şagirdlərə uğurlar arzulayıb.

Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın