Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Nərgiz Paşayeva Londonda təqdimat etdi

Nərgiz Paşayeva Londonda təqdimat etdi

Dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi “Viktoriya və Albert”də Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimat mərasimi keçirilib.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, görkəmli elm və mədəniyyət, siyasi və ictimai xadimlərin iştirak etdiyi təqdimatda Böyük Britaniya və Azərbaycan ictimaiyyətlərinə Fondun fəaliyyət istiqamətləri elan olunub.

Bu Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb.

Gecədə Azərbaycandan da fəxri qonaqlar – AMEA-nın prezidenti, professor Akif Əlizadə, AMEA-nın akademiki, professor Vasim Məmmədəliyev, xalq yazıçısı Anar Rzayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, eləcə də orta biznesin nümayəndələri və Böyük Britaniyada yaşayan azərbaycanlılar iştirak edib.

Gecənin açılışında Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun sədri, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin Fondun təqdimat mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd edib.  Daha sonra çıxış edən tədbir iştirakçıları da öz məruzələrində Azərbaycanın və Qafqazın dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Sonda qonaqlara skripkaçı Elvin Qəniyevin və xalq artisti Alim Qasımovun iştirakı ilə konsert proqramı təqdim olunub.

Nərgiz Paşayeva Londonda təqdimat etdi
Nərgiz Paşayeva Londonda təqdimat etdi
Nərgiz Paşayeva Londonda təqdimat etdi

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın