Ana səhifə / Şou Biznes / Nəsimili «Gənc İlhamçılar»ın Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

Nəsimili «Gənc İlhamçılar»ın Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə başa çatmışdır. Nəsimi rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri ümumilikdə – 150 nəfər üçün Quba rayonunda «Gənc İlhamçılar» vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi yaradılmışdır.
Nəsimi rayonunun aztəminatlı ailələrindən olan və Qababağ müharibəsi əlilləri və veteranlarının, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 150 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən İstək liseyinin Quba filialının ərazisində təşkil olunmuş vətənpərvərlik təmayüllü, ödənişsiz «Gənc İlhamçılar» yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə silsilə tədbirlər keçirilmişdir.
Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.

 

p2
Uşaqların Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunmuşdur.
Düşərgənin bir günü Müdafiə Nazirliyinin Qusar rayonundakı “N” saylı hərbi hissəsində təşkil olunmuş, burada məktəblilər hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuşlar. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər keçirilmişdir.

p3
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət himninin qonaqlar, şagirdlərin birgə ifası ilə başlanmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.
Düşərgədə iştirahət edən şagirdlər və müəllimlər düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, onların vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasını arzulamışlar.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər.

 

p4
Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunmuşdur.
Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın