Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında

Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün xüsusi tədbirlər təşkil edilib keçirilir.
İyul ayının 1-də  məktəblilərin yay tətili günlərində  istirahətlərinin  daha rəngarəng və maraqlı edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Gənc tamaşaçılar  Teatrında  “Çipollino”tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla  400 nəfər məktəbli  iştirak etmişdir.
Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
Bütün personajları meyvə və tərəvəzlərdən ibarət olan rəngarəng tamaşanın əsas qəhrəmanı cəsarətli, qorxmaz və ağıllı Çipollino qəddar şahzadə Limonun, zalım senyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.“Çipollino” tamaşası  uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün  məktəblilərin  yay tətili günlərində silsilə tədbirlərin keçiriləcəyi barədə məlumat verərək, onların hər zaman rayon İcra hakimiyyətinin diqqətində olduqlarını bildirmişdir.
Tamaşada iştirak edən uşaqların valideynləri tədbirdən razı qalmış, hər zaman Azərbaycan uşaqlarına diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti cənab  İlham Əliyevə və Azərbaycan Pespublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildirmişlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın