Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ SİLAHLI QÜVVƏLƏRİN BAŞ KLİNİK HOSPİTALINDA ƏSGƏRLƏRLƏ NOVRUZ BAYRAMINI QEYD EDİB

NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ SİLAHLI QÜVVƏLƏRİN BAŞ KLİNİK HOSPİTALINDA ƏSGƏRLƏRLƏ NOVRUZ BAYRAMINI QEYD EDİB

Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.

Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir.

Hospital rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Kamil Seyidəliyev tədbir iştirakçılarını salamlayaraq, əsgərləri Novruz Bayramı münasibəti ilə təbrik etmiş, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olduqlarını və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat apararaq böyük konsert proqramı təşkil etdiklərinə görə rayon rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.

Tədbirdə incəsənət ustaları Musa Musayev, Təranə Qumral, Zahid Qubadlı, Tural Salmanov və H.Sarabski adına Mədəniyyət Evinin “Süzən sonalar” rəqs kollektivinin çıxışları əsgərlərdə xoş təəsurat bağışlamışdır.







Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın