Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Şou Biznes / Nərimanovda hesabat yığıncağı keçirildi – Fotolar

Nərimanovda hesabat yığıncağı keçirildi – Fotolar

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

Azinforum.az  daxil olan məlumata görə, hesabat məruzəsində tədbir iştirakçılarının diqqəti rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldilərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi deyilib.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilk rüb ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Nərimanovda hesabat yığıncağı keçirildi -  Fotolar

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın