Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Şou Biznes / Nərimanov rayonunda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirilib

Nərimanov rayonunda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirilib

Dekabrın 11 və 12-də Nərimanov rayonunda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirilib.

AMİ

11 dekabr 2015-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev Muzeyində Ulu öndər Heydər Əliyevin xatirəsinin anım tədbiri keçirilib.

İlk öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək ölkəmizin dünəni, bu günü və zirvələrə doğru ucalmaqda olan sabahı tarixi şəxsiyyət, Azərbaycanın böyük oğlu, unudulmaz dahi Öndərimizin adı ilə qırılmaz və əbədi tellərlə bağlı olduğunu qeyd edib.

Natiq qeyd etmişdir ki, Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər Ulu Öndərimizin adı ilə bağlıdır.

İ.Mahmudova dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiq, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini qeyd etmişdir.

Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən videoçarxı izləmiş, eksponatlar, foto və kitablarla tanış olmuşlar.

Tərəqqi Litseyi

Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib

11 dekabr 2015-cü il tarixdə Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, YAP Nərimanov Qadınlar təşkilatının nümayəndələri və liseyin müəllim və şagirdləri iştirak ediblər.

Mərasimdən öncə tədbir iştirakçıları məktəbin foyesində Ulu öndərin anım gününə həsr olunmuş şagirdlər arasında şahmat yarışını izləmişlər.

Azərbaycan Respublikasının himni səsləndikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə liseyin direktoru Məhbubə Məmmədova açaraq Ulu öndər Heydər Əliyevin müstəqil, demokratik, həm də güclü bir Azərbaycan qurmaq uğrunda gördüyü böyük işlərdən danışdı.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadi və siyasi sabitliyə nail olunmuşdur. Respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik dövlət, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı və digər məsələlər barədə ətraflı məlumat verdi. Natiq qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra məktəblilər Ulu Öndərə həsr olunmuş şeyirlər söyləmiş, videoçarxlar izlənilmişdir.

Həştərxan

12 dekabr 2015-ci il tarixində Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyularaq anım mərasimi keçirilib.

Tədbirdə Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr aziri Denis Afanasyev, Həştərxan şəhər administrasiyasının rəhbərinin müavini Sergey Aqabekov, Həştərxan şəhərinin Sovetskiy rayonunun başçısı Yuriy İvanov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov və diaspora nümayəndələri, Heydər Əliyev adına 11 saylı məktəbin müəllim və şagirdləri və AMOR-un üzvləri iştirak ediblər. Mərasimdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər Azərbaycaın hüdudlarından kənarda da ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi

12 dekabr 2015- ci il tarixdə YAP Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoydular.

Əbədiyaşar şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin, daha sonra isə “Günəşli” neft yatağında dünyasını dəyişmiş neftçilərin ruhunun bir dəqiqəlik sükutla anılmasından sonra tədbiri giriş sözü ilə YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı açaraq söylədi ki, Ümumilli liderimizin Azərbaycana rəhbərlik etdiyi sovet dövründən Azərbaycanın gələcək inkişaf yolunun əsası qoyulub. Hələ o zamandan başlayaraq iqtisadi, sosial, mədəni və digər sahələrdə oyanış baş verib. İkinci dəfə hakimiyyətə gəlişi ilə Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı gənc müstəqil dövlət kimi uçurumun kandarından xilas edərək qorudu, yaşatdı, gücləndirdi və bu günki müasir, güclü, inkişaf edən ölkəyə çevirdi. Azərbaycan Ümumilli lider Heydər Əliyevin şah əsərlərindən biridir.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bildirdi ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ərəfəsindəyik. Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Qədirbilən hər bir azərbaycanlının qəlbində ulu öndərin ölməz obrazı daim yaşayır və yaşayacaqdır. Daha sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov nitq söyləyərək bildirib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. K. Kərimov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir: “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı.

Sonra YAP Nərimanov rayon təşkilatının fəal gənclərindən Tamerlan Əkbərov, Aydan Xəlili və Faiq Məmmədli çıxış edərək, Azərbaycan xalqının böyük oğlu,

bütün türk dünyasının fəxri, müasir dünyanın görkəmli siyahi xadimi, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyev doğma xalqına və torpağına həsr olunan mənalı ömür yaşadı. Sözün əsl mənasında böyük insan, dahi şəxsiyyət olan Heydər Əliyev haqqında nə qədər danışsaq, nə qədər yazsaq onun şərəfli ömründən təkcə bir yarpaq tərpətmiş olarıq. Tək bir insan ömründə milyonlarla insanın görə bilməyəcəyi işləri gördü Heydər Əliyev. Yaxın tariximizin bu canlı əfsanəsi dünyasını dəyişəndən sonra insanların, hər bir Azərbaycan vətəndaşının və gəncinin yaddaşında, düşüncələrində zamanın önündə gedən, öz zəkası ilə Azərbaycanın gələcəyinə yol açan qeyri-adi bir şəxsiyyət kimi yaşamaqdadır.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Əli Pənahov çıxış edərək qeyd etdilər ki, Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə ulu öndərin respublikanın tərəqqisi yolunda yorulub- usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etmişdir. Milli dövlətçiliyimizin ideya təməlini, müstəqil Azərbaycanın yeni arxitekturasını məhz Heydər Əliyev yaratmışdır. Müasir Azərbaycan dövlətinin memarı, dünya azərbaycanlılarının ümummilli lideri mərtəbəsinə yüksəlmiş bu insanın müəyyən etdiyi strateji yol xalqımızın hər bir nümayəndəsi kimi Azərbaycan gəncliyini də daim uğurlara qovuşdurur.

Bununla da tədbir öz işini başa vurdu.

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …

Bir cavab yazın