Bazar ertəsi , May 27 2019
Ana səhifə / Şou Biznes / Nərimanov rayonunda “Bilik günü” – FOTOLAR

Nərimanov rayonunda “Bilik günü” – FOTOLAR

Bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da “Bilik günü” geniş miqyasda qeyd edilib. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə ediblər.
Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2015-ci il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tədbir keçirilib.
Azinforum.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Vəzirova tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev Fonduna və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. A.Fərzəliyev Ümummilli Liderimiz Heydər Əliyevin respublikada təhsilin tərəqqi və inkişafı istiqamətində apardığı köklü islahatları diqqətə çatdırıb, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, eyni zamanda Ulu Öndərin ən layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.
Daha sonra Milli Məclisin deputatı Adil Əliyev və digər çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinə və bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürlərini bildirib, fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Sonda internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Qeyd edək ki, 2014/2015-ci tədris ilində Nərimanov rayonu üzrə orta məktəbləri bitirənlərin sayı 1698 nəfərdir. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 90 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı isə 30 nəfərdir.

Həmçinin oxuyun

Bakıda rəqqasələr biabırçı vəziyyətdə yaxalandılar – VİDEO

Azərbaycanlı rəqqasələr xoşagəlməz vəziyyətdə yaxalanıblar. Aznews.az xəbər verir ki, rəqqasə Səidə Snake və Simona dodaq-dodağa …

Bir cavab yazın