Ana səhifə / Şou Biznes / “Nəhayət ömrümdə ilk dəfə balamla başbaşa tətilə gələ bildim” – Aybəniz Haşımova

“Nəhayət ömrümdə ilk dəfə balamla başbaşa tətilə gələ bildim” – Aybəniz Haşımova

“Aynişanım həyatıma gələndən qohumlarım, tələbələrim olmadan hansısa tətilə getməmişəm. Sevinirdilər deyə, onlara sürpriz istirahət hədiyyə edirdim. Nəhayət ömrümdə ilk dəfə balamla başbaşa tətilə gələ bildim”.

Bu sözləri İnstaqram səhifəsində əməkdar artist Aybəniz Haşımova yazıb. O Maldiv adalarındakı tətilindən bəhs edərək bunları söyləyib:

“Bir ildən çoxdur pandemiya ilə əlaqədar davam edən ev dustaqlığıma son qoydum. Düzgün hərəkət edə bilməyən ayaqlarım yeriməyə başladı. Həm də Ramiz Mirişlinin və İslam Səfərlinin “Dalğalar” mahnısını Hind okeanına qarşı oxudum. Hər yer çox sakit idi. Yalnız ləpələr mənimlə birgə oxuyurdular. İlahi, bu sakitliyə necə ehtiyacım var imiş. Uzun müddətdir ki, şeir yaza bilmirdim. Qarabağın müjdəsi “Gəldik Qarabağa” mahnısının sözlərini ərsəyə gətirdi. Sanki bu gün  okenanın mavi mənzərəsi sus, danışma deyirdi: “yalnız məni seyr et, bəlkə yorğun ruhun öz əbədi dincliyinə qovuşa bilər”.

Həmçinin oxuyun

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Əməkdar artist Mətanət İsgəndərlinin ailəsi koronavirusa yoluxub.Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat …