Ana səhifə / Şou Biznes / Müsəlman necə danışmalıdır? – Quranda danışmağın ədəbi barədə

Müsəlman necə danışmalıdır? – Quranda danışmağın ədəbi barədə

Qurani-Kərim Qiyamətə qədər bəşər üçün hidayət kitabı olduğu kimi, eyni zamanda bizə ədəb qaydalarını da öyrədən səma Kitabıdır. Quranda başqaları ilə ünsiyyət qurmaq qaydaları barəsində göstərişlər verilmişdir ki, onlara nəzər salaq. (Beytutə saytı)
1. Quran bizə tövsiyə edir ki, başqa insanlarla mülayim dillə ünsiyyət quraq. “Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı)”. (“Taha” 44).
2. Danışan zaman qışqırmaq və fəryad çəkmək bəyənilməzdir. “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir”. (“Nisa” 148).
«Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir». (“Loğman” 19).
3. Nifrin etmək və nalə çəkərək danışmaq bəyənilməzdir. “Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər)”. (“Nisa” 9).
4. Danışan zaman dil bəlalarından pak olmaq. Dil bəlaları: yalan, qeybət, töhmət və bu kimidir. “(yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun”. (“Həcc” 30).
“Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin”. (“Hucurat” 12).
5. İnsanın dediyi sözlər doğru olmalıdır. “Şübhəsiz, Allah …doğrudanışan kişilər və qadınlar … Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”. (“Əhzab” 35).
Allah Təala bizlərə Quranın bəyəbdiyi tərzdə danışmağı nəsib etsin.
Deyerler.org

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın