Ana səhifə / Şou Biznes / Murad Arif: “Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur”

Murad Arif: “Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur”

“Daha bir çoxuşaqlı ailə. Daha bir dram və ac-yalavac uşaqlar! Mən yenə də “İmkana görə doğun!” ifadəsini səsləndirəcəyəm, siz yenə də “Allah ruzisini yetirəcək!” yazıb, ağzımdan vuracaqsınız”.
Moderator.az xəbər verir ki, bu sözləri bəstəkar, müğənni, aparıcı Murad Arif sosial şəbəkədə yazıb.
“Mənə kimsə “Ondansa yardım et!” yazmasın. Etdiyim yardımları reklam etmək fikrim yoxdur. Amma siz hər yerdə bu təbliğatı aparın ki, imkansız, savadsız, işsiz, dəstəksiz ailənin 2-dən çox uşaq doğmağa haqqı yoxdur! Bu zəmanədə 1 uşağı da böyütmək zülmdür, vallah. Nə qədər vicdansız olasan ki, gözünü yumub bir ucdan uşaq gətirəsən bu qəddar dünyaya?”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın