Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / Müharibə veteranından generala İLGİNC ŞİKAYƏT – “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişəm”

Müharibə veteranından generala İLGİNC ŞİKAYƏT – “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişəm”

Müharibə veteranı Qulamov Fərid Cümşüd oğlu Moderator.az-a şikayət məktubu göndərib.

O, Dövlət Miqrasiya Xidmətindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

Şikayət məktubunu təqdim edirik:

“18 iyul 2013-cü ildə Dövlət Miqrasiya Xidmətində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilən attestasiya nəticəsində işdən çıxarılmışam. Xidmət etdiyim şöbədə vakant vəzifələr müsabiqəyə çıxarıldığı halda mənə boş iş yeri təklif edilməyib və qanunsuz olaraq qulluq fəaliyyətimə xitam verilib. Özü də həmin gün ezamiyyətdə olmuşam. Məhkəmələrə də qanunazidd təsir göstərilərək işə bərpa olunmağıma imkan verilməmişdir. 04.11.2015-ci il tarixində Konstitusiya Məhkəməsinə müraciət etsəm də şikayətimə baxılmayıb. 18.11.2015-ci il tarixində məcbur olub Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişəm.

Qanunsuz və məzuniyyətdə olduğum müddətdə DMX rəisinin adından verilmiş saxta əmrlə qulluq fəaliyyətimə xitam verənlər DMX rəisinin qəbuluna düşməyə imkan vermirlər. Bu vəzifəli şəxslər tutduqları vəzifənin məsuliyyətini dərk etmirlər. İki dəfə DMX rəisinin qəbuluna yazılsam da məni müavin Pərviz Musayevin qəbuluna aparıblar. Həmin şəxs də mənimlə kobud danışır. 29.01.2016-cı ildə qəbula yazıldım. Ertəsi gün saat 9-da qəbul başladı. Saat 11-ə kimi hamı qəbul edildi. Elfan Quliyev mənə yaxınlaşıb “Səni müavin Pərviz müəllim qəbul edəcək” deyə bildirdi. Mən DMX rəisinin özünün qəbulunda iştirak etmək istədiyimi bildirdim. Bu vaxt siyahıda 29-cu olan adımın qarşısında “qalsın” yazıldığını gördüm. Saat 1-ə qədər DMX buraxılış məntəqəsinin qarşısında, müşahidə kameraları önündə, çiskin yağışda qəbulda iştirakı tələb edərək gözlsəm də DMX rəisinin qəbulunda iştirakıma imkan verilmədi. Bir qrup şəxsin qarşısında qanunlar və məhkəmə sistemi acizdir. Bu qədər özbaşınalıq olmaz. Bu şəxslər DMX müavini, Attestasiya Komissiyasının sədri Pərviz Musayev, DMX Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini (əvəzi) Siyasət Alıyev, DMX rəis müavini Elman Əliyev, DMX Kadr və kadr hazırlığı idarəsinin rəisi Vəfa Əsədova və qulluq fəaliyyətimə xitam verilməsinin sifarişçisi Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayevdir. Prokurorluq orqanlarından son yaş həddi ilə təqaüdə çıxıb DMX-də inzibati vəzifə tutan Siyasət Alıyev həm də attestasiya komissiyasının üzvüdür. Testlə qəbul olunan peşəkar kadrların qulluq fəaliyyətinə son qoyub görmə qabiliyyəti zəif olan oğlu Etibar Alıyevi xidmətə işə düzəldib. İndi nə qədər qəribə və qanunsuz olsa da ata-oğul eyni qurumda çalışır.

Mən DMX-də aparılmış bu çirkin oyundan DMX rəisi F.Nəbiyevin xəbərdar olmasını istəyirəm. İstəyirəm, xəbəri olsun və məni şəxsən qəbul etsin. Xidməti faəliyyətimə qanunsuz son qoyulmağı ilə bağlı bütün sənədlər əlimdədir.

Mənə kömək etməyinizi xahiş edirəm”.

dia.az

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın