Ana səhifə / Şou Biznes / Muğam müsabiqəsinin qaliblərinə verilən mükafatlar əllərindən alınıb (İDDİA)

Muğam müsabiqəsinin qaliblərinə verilən mükafatlar əllərindən alınıb (İDDİA)

Bir müddət öncə Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Xanəndə və İnstrumental muğam ifaçılarının V Respublika müsabiqəsi keçirilib. Fevralın 23-də başa çatan müsabiqənin 12 laureatı olub. 4 nəfər I, 4 nəfər II və 4 nəfər də III yeri qazanıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qaliblərə 2500, II yeri tutanlara 1500, III yeri tutanlara isə 1000 manat məbləğində pul mükafatı verilib. Lakin Milli Konservatoriya tərəfindən hər bir laureatdan mükafatın 50 faizi alınıb.
Əslində, bütün bunlar “qanuni” şəkildə edilib. Belə ki, müsabiqədə yer tutan instumental ifaçı və xanəndələrin hər biri mükafatlarının 50 faizini Milli Konservatoriyanın Fonduna köçürmələri barədə könüllü şəkildə ərizə yazıblar. Bu barədə Qaynarinfo-ya məlumat verən mənbə iddia edir ki, “könüllü ərizlər” məcburi şəkildə yazdırılıb.
Mükafatların yarısının laureatlardan alınmasının da öz səbəbi var. Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyi mart ayının 7-13-də keçiriləcək V Beynəlxalq Muğam Müsabiqəsi üçün xaricdən gələn qonaqların xərclərinin bir hissəsinin qarşılanmasını Milli Konservatoriyanın üzərinə qoyub. Milli Konservatoriya da lazım olan büdcəni formalaşdırmaq üçün belə bir addım atmaq məcburiyyətində qalıb.
Mənbə iddia edir ki, bu ilk hal deyil və ötən illərdə keçirilən müsabiqələrdə də laureatların mükafatları mənimsənilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …