Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Müğənnilərin toy həyəcanı: “Endirim olmayacaq“

Müğənnilərin toy həyəcanı: “Endirim olmayacaq“

Xəbər verdiyimiz kimi, artıq bir ildən çoxdur toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bəzi qaydalara əməml edərək insanlar iyulun 1-dən toy məclisi keçirə bilərlər. Ən önəmli tələb isə dəvətli sayına qoyulan məhdudiyyət olub. Belə ki, toy sahibi məclisinə 50-150 nəfər dəvət edə bilər. Bəs görəsən, bir vaxtlar 5, 10, 15 min ödənilib məclisə müğənni gətirmə ənənəsi yenə davam edəcək? Sənət adamlarının toy qiymətlərində dəyişiklik olacaq?

Axşam.az müğənnilər arasında sorğu apararaq, onların yeni toy mövsümündə tələb etdiyi qonorarı öyrənib:

Müğənni Nadir Qafarzadə – Bu xəbərə həm sevindim, həm də kədərləndim. Toylar bir-birinin üstünə düşdü. Musiqiçilərin yarısı Azərbaycanda, yarısı Rusiyadadır. İndi onları bir araya yığmaq çətindir. Hamı toy edir, məclislər bir-birinin üstündədir. Moskvada da çox toyun behini almışıq. Eyni zamanda Bakıda pandemiyadan əvvəl behini aldığımız məclislər var. 40 gündən sonra da Məhərrəmlik ayıdır. Müddət az olduğu üçün hər şey qarışdı.Amma əsas toylara icazə verildi. Toy qiymətində endirim etməyəcəm. Əgər biz evdən çıxırıqsa, ansambl aparırıqsa, onun 100 və ya 500 nəfərə xidmət etməsinin fərqi yoxdur.

Müğənni Elton Hüseynəliyev – Toy qiymətimdə heç bir dəyişiklik etməyəcəm. Əvvəl də bütöv toya 15 min manata gedirdim, indi də elə qalacaq. Bəzi hallarda toy sahibi ilə danışıqlar aparıb endirim edə bilərik. Amma artım etməyəcəm. Pandemiya şəraitini nəzarə almaq lazımdır.

Müğənni Sevda Yahyayeva – Toyla bağlı qadağanın aradan qalxmasına çox sevindim, ümid edirəm hər şey əvvəlkindən daha gözəl olar. Qiymətlərə isə heç bir dəyişiklik olmayacaq. Qonorarım olduğu kimi qalacaq. Baxmayaraq ki, hər şeyin qiyməti hər gün artır, mən bunu etməyəcəm. 

Müğənni Şəbnəm Tovuzlu – Səhər toylarla bağlı qərar verildi, bir saata kimi avqusta 10 toy yazılıb. Əvvəl qonorar necə idisə, indi də elə qalıb: tək 5 min manat. Musiqiçilərlə birlikdə 7 minə gedirdim. 1 və ya yarım saat isə 3 min manatdır. Burada nə endirim, nə də bahalaşma edəcəm.

Müğənni Günay İbrahimli – Toy qiymətlərində dəyişiklik etməmişəm. Çünki toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla çoxu müəyyən problemlərdən əziyyət çəkib. Toylara icazə verilməsi xəbərini alanda isə çox sevindim. Bu dövr ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …