Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Müğənni yaşadığı həyəti dezinfeksiya etdi – VİDEO

Müğənni yaşadığı həyəti dezinfeksiya etdi – VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar gənc və istedadlı müğənni Könül Məmmədli bağ evində yaşayır.

Sevilən xanəndə boş oturmur, faydalı işlər görür. Beləki sənətçi qaldığı həyətdə dezinfeksiya işləri görüb, meyvə ağaclarını dərmanlayıb. Bu barədə Könül xanım özünün “İnstagram” hesabında məlumat yayıb.

“Təbiəti, heyvanları, çölü, torpağı, Allahın yaratdığı hər şeyi sevirəm. Təmizlik imandan gəlir. “Kənd qızı” hər yeri dezinfeksiya elədi. Ağacları, bağı, həyəti. İnşallah bu bəla tezliklə başımızdan rədd olar”-deyə, xanəndə yazıb.

Qeyd edək ki, K.Məmmədli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Konservatoriyada magistr təhsili alıb. 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin finalçılarındandır. Əlibaba Məmmədov, Qəzənfər Abbasov, Mənsum İbrahimov, Səkinə İsmayılova kimi ustadlardan dərs alıb.

Cebhe. info

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …