Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Müğənni Rəhim Rəhimli vəfat edib

Müğənni Rəhim Rəhimli vəfat edib

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında yazıb.

F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …