Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Müğənni həbs edilən başçıdan danışdı: “Paçkalarla dolları… “

Müğənni həbs edilən başçıdan danışdı: “Paçkalarla dolları… “

Gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov bu gün həbs edilən Biləsuvar rayon İcra Hakimiyyərinin başçısı Mahir Quliyevlə bağlı bəzi xatirələrini bölüşüb.
M.Quliyev barədə sosial şəbəkədə yazan müğənni icra başçısını təxminən 15 ildir tanıdığını və onun həmin vaxt restoranda işlədiyini deyib: “2005, ya 2006-cı il idi, dəqiq yadımda qalmayıb, bulvardakı restoranda ofisiant işləyirdim. Mahir bəy o vaxtı həmin restoranı işlədirdi, adminstrator, ya müdir kimi.
Bir dəfə aşağı zalda Telman İsmayılovun anasının ad günü oldu. Telman və dostları o qədər dollar səpmişdilər ki, məclis qurtarandan sonra adminstrator zalın tavanında bəzək kimi vurulan alçipanın arasından paçka-paçka dollar çıxardırdı. Pullar səpilərkən bəzi paçkalar açılmayıb topa ilə alçıpanın arasına girib qalırdı.
O qədər pulu yığdılar, amma səhərdən gecəyə kimi VÖEN-siz, heç bir müqaviləsiz az maaşa işləyən ofisiantlara-bizə bir qəpik də vermədilər”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …