Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Müğənni Elnarə ərindən boşanıb? – Özü danışdı

Müğənni Elnarə ərindən boşanıb? – Özü danışdı

Müğənni Elnarə Xəlilova kiçik oğlunun doğum gününü qeyd edib. 

Doğum günündə müğənninin rəfiqələri  iştirak etsələr də, həyat yoldaşı Rövşən Cahangirovun həmin gün yanlarında olmaması müzakirələrə səbəb olub. 

Mətbuatda sənətçinin həyat yoldaşı ilə ayrıldığı barədə iddialar səslənib.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən E.Xəlilova yazılanların şayiə olduğunu bildirib.

Sənətçi hazırda ailəsi ilə birgə istirahətdə olduğunu deyib:

“Deyəsən, saytlar yayda çox bekar qalıblar. Mövzu yoxdu manşetə çıxarmağa. Məncə, bu şayiəni yazanlara bir az istirahət lazımdır. Hal-hazırda mənim ailəmlə istirahətdə olduğum kimi”.

Qeyd edək ki, Elnarə Xəlilova 2006-cı ildən Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovla ailəlidir. Cütlüyün dörd övladı var. 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …