Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Müğənni Damlaya ev hədiyyə edən sevgilisi danışdı: “…qəbahət deyil”

Müğənni Damlaya ev hədiyyə edən sevgilisi danışdı: “…qəbahət deyil”

Müğənni Damlanın iddia olunan sevgilisi Kamran Zahidli adlı musiqiçi haqqında yayılan bütün məlumatlara aydınlıq gətirməyə çalışıb.
K.Zahidli bildirib ki, Damla ilə bu ilin avqust ayında Lənkəran şəhərində keçirilən konsertdə tanış olublar və orada Damlanın ona olan münasibətindən sonra duet ifa ediblər:
 
“Damla və onun meneceri Şəhriyar Lənkərana konsert proqramına gəlmişdilər. Mən də orada idim. Orada Şəhriyarla söhbətdən sonra otağa keçib, Damla ilə ünsiyyət yaratdım və ondan xahiş etdim ki, sizinlə duet oxumaq istəyirəm. O da qismən razılaşdı. Amma buna baxmayaraq, biz duet oxuduq və bu duet onun çox xoşuna gəldi. O, bu dueti “İnstaqram” səhifəsində paylaşdı. Həmçinin konsert zamanı səhnədə olan Damla mikrafonu mənə uzadaraq səhənəyə dəvət etdi və birlikdə mahnılar oxuduq. Mən də bu jestin qarşılığı olaraq, ona xüsusi jest etdim.”
O, Lənkaran konsertindən sonra Qubada da təşkil olunmuş konsertdə Damla ilə eyni səhnəni bölüşdüyünü deyib:
“Bu hadisəndən təxminən 20 gün sonra Qubada növbəti konsert proqramı təşkil olunmuşdu və Damla da həmin konsertdə çıxış etmək üçün getmişdi. Bu konsertdən xəbər tutandan sonra Şəhriyarla əlaqə saxladım ki, həmin duetimizi orada da oxumaq istərdim və buna görə Damlanı sevindirəcəyəm. Şəhriyar da Damla ilə danışdı və o, razı olduğunu dedi. Mən də Qubaya yollandım. Konsert zamanı birlikdə bir neçə mahnı ifa etdik”.
K.Zahidli Damla ilə münasibətləriylə bağlı fikirlərini açıqlayıb:
“Damla ilə sevgili olmaq qəbahət deyil. O, çox mədəni və gözəl xanımdır. Biz sadəcə olaraq, sənət yoldaşıyıq”.
Damlaya ev hədiyyə verməsi məsələsinə özünəməxsus şəkildə cavab verən K.Zahidli, deyib ki, kiməsə ev alaramsa, o da kimsəssiz uşaqlar, yaxud yoxsul ailələr ola bilər:
“Damla açıqlamasında bildirib ki, imkanı olsa, özünə ev alar. Şükürlər olsun, özümün çox yaxşı şəraitdə olan evim var. Kifayət qədər pula ehtiyacı olan insanlar ki, onlara dəstək olaram. Yox, əgər söhbət məhz Damladan gedirsə, ona ev qurbandır. Müraciət etsin, öz evimi ona hədiyyə edim”.
Damlanın mətbuata onun haqqında verdiyi açıqlamasından qismən razı olduğunu söyləyən K.Zahidli, qeyd edib ki, heç kimin qarşısında aciz insan deyil:
“Damla elə danışıb ki, guya, ona yalvarmışam. Aciz insan deyiləm ki, kiməsə yalvarım. Ancaq insanlıq naminə xahiş edə bilərəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl sevgilisi Damlaya ev hədiyyə etməsiylə bağlı yayılan xəbərlər geniş ajiortaj yaradıb.(Modern.az)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …