Bazar , Oktyabr 2 2022
Ana səhifə / Şou Biznes / “Müğənnilərin dinlə nə işi var, başa düşə bilmirəm” – Şeyx Əbdül

“Müğənnilərin dinlə nə işi var, başa düşə bilmirəm” – Şeyx Əbdül

“Müğənnilərin dinlə nə işi var, başa düşə bilmirəm. Oxuyansansa, get mahnını oxu, baldırını, ətəyini, yaxanı açıq qoy, “nakolka”larını çək, Allahına şükür et. “Qurani-Kərim”də deyilir ki, vaxt gələcək insanlar Allah yolundan, haqqdan, ədalətdən dönəcək, əxlaqdan, mənəviyyatdan qaçacaqlar. Bu zaman Allah göydən şeytanlarını göndərərək belə insanların qəlbinə dolduracaq. Bu insanların mahiyyəti, ruhu artıq şeytana təslim olub. Şeytan artıq onların qəlbində yuva qurub. Dünya yaranandan, ikinci sivilizasiyadan başlayaraq insanın içində həmişə ikili standartlar olub; haqq-nahaq, düz-əyri, yaxşı-pis, işıq-zülmət. Bu standartların birinci tərəfi insani, ikinci tərəfi isə şeytanidir.

İnsanlar yolundan çıxanda, dindən, imandan, haqq-ədalətdən qaçanda üstünlük şeytanın tərəfinə keçir. Bu gün bütün dünyada iblisləşmə, şeytanlaşma gedir. İnsanlar artıq o qədər ədalətsizlik, haqsızlıq edirlər ki… Hökumətlər xalqına hökumətlik, dövlətlər xalqına rəhbərlik, qanunlar xalqa xidmət etmir. Dövlət strukturları gəlir mənbəyinə çevrilir. Bir sözlə, hər yerdə haqq-ədalət pozulur. Bu gün vəzifə ən yaxşı gəlir mənbəyidir. Belə şeylər hədə-qorxu ilə bərpa oluna şeylər deyil. İlahi inam, haqq-ədalət bərpa olunmalıdır. Bu gün hansısa axundun və ya mollanın restoran və ya biznes strukturnun sahibi olduğunu biləndə, insanlar nə fikirlərləşə bilərlər ki? Bütün sahələrdə dindən, əxlaqdan, mənəviyyatdan, etiqaddan mərkəzdənqaçma başlayıb”.

Bunu Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Xalq artisti qeyd edib ki, Azərbaycanla müqayisədə Türkiyə bəzi dini adət-ənənələr daha mütəşəkkil şəkildə qorunub saxlanıb: “Türkiyədə hələ də bəzi qanunlar işləyir. Bizdə isə oradakı hadisələrin daha betəri olur. İnternetə baxın, görün bizim oxuyan, oynayan cavan qız-gəlinlərimiz nə hoqqalardan çıxırlar. Görün onlar hansı eybəcər hərəkətlər edir, geyimlər geyinir, əxlaqsız işlər görürlər. Bu gün kütləvi surətdə hamının əlində telefon və internet var. Burada bəşəriyyətin bütün əxlaqsız və mənəviyyatsız davranışları əskini tapıb.

Əxlaqi tərbiyə almayan cavan qızlarımız, oğlanlarımız da bunları görəndən sonra onların təsir altına düşürlər. Bunun da acınacaqlı nəticəsi göz qabağındadır. Sağ olsunlar ki, Türkiyədə hələ belə hallara qarşı mübarizə aparanlar tapılır. Belə əxlaqsızlıqlara qarşı mübarizə təkcə din adamlarının işi deyil. Mənəviyyat, yəni din və dövlət qanunları gözlənilməlidir. Belə halların qarşısı alınmalıdır. Əvvəllər də bu barədə demişəm və yenə də deyirəm edam, güllələnmə bərpa olunmalı və məhz belə əxlaqsız dəyərlərə şamil olunmalıdır. Yoxsa hər şey məhv olub gedəcək”./Pravda.az

Həmçinin oxuyun

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm, xoşum gəlir” – Elgiz

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm. Xoşum gəlir”. Bunu teleaparıcı Elgiz Əkbər həmkarı Ülvira …