Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Müğənnilərin dil qüsurları araşdırılacaq – VİDEO

Müğənnilərin dil qüsurları araşdırılacaq – VİDEO

AMEA-nın dilçilik institutu musiqiçilərdəki dil qüsurları barədə monitorinqlərə başlayıb. Bundan sonra müğənnilərin ifasında, nitqində yol verilən dil qüsurları da yoxlanılacaq.
Müğənnilərin musiqilərdəki dil qüsurları araşdırılacaq.
AMEA-nın Dilçilik institutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb. İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, burada hədəf müğənnilər yox, ifa və ifadakı qüsurlardır
Şöbə müdiri qeyd edib ki, musiqi ruhi qida olmaqla yanaşı, şüuraltı şəkildə təsir edən bir vasitədir. Ədəbi dildə düzgün danışmaq və nitqi qorumaq müğənilərin də borcudur. Aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq.
Müğənnilər də etitaf edirlər ki, həmkarları arasında nitqində qüsur olanları çoxdur. Bu səbəbdən də monitorinqin keçirilməsi məqsədəuyğundur.
Monitorinqlərin aprel ayında başa çatacağı gözlənilir. (xəzər tv)

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …