Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Şou Biznes / “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı

“Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı

Bir neçə gün öncə psixoloq Gülnar Orucovanın müğənnilər haqqında səsləndirdiyi fikirlər ölkədə gündəm yaratdı. “Bu gün müğənnilərin çoxu kimlərinsə “ikinci arvadı” və yaxud “saxladığı”dır. Bəzi müğənni üçün kiminsə ikinci, üçüncü xanımı olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, onun istəklərini reallaşdırsın” – deyən psixoloqun fikirləri xeyli müzakirələrə səbəb oldu.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova (“Pişik” Günel) psixoloqun fikirləri ilə qətiyyən razılaşmadığını deyib:

“Bu cür insanlar hər peşədə ola bilər, istər həkim, istər müəllim, istər aparıcı, istərsə də müğənni. Hər sahənin öz pisi və yaxşısı var. Bunu ancaq müğənniyə şamil etmək düzgün deyil. Biz bəzən sosial verilişlərə baxanda sadə, məşhur olmayan insanların həyatlarında baş verənləri izləyəndə şok oluruq ki, görün nələr var. Bunun peşəyə aidiyyatı yoxdur.

İkincisi, bu hər kəsin şəxsi həyatıdır. Kimsə başqalarının  şəxsi həyatına müdaxilə edə bilməz. Hərə başını aşağı salıb öz işini görsün!”

İfaçının sözlərinə görə, müğənnilər haqqında səsləndirilən bu tip fikirlər ona təsir etmir:

“Belə sözlər mənə ümumiyyətlə, təsir etmir. Çünki kiminsə arxasınca nəyisə demək, onun haqqında bilib-bilmədən danışmaq çox asandır. Əgər bir insan məni görəndə əldən-ayaqdan gedirsə, “can”, “qurban olum, başına dönüm” deyirsə və sonradan eşidəndə ki, həmin insan mənim arxamca nəsə deyib, mən onu önəmsəmirəm, çünki insanda bir üz olmalıdır, əgər kiminsə iki üzü varsa, onun dediyi sözün nə əhəmiyyəti ola bilər? Kiminsə arxasınca danışan insanın nə  önəmi ola bilər?

Müğənnilər həmişə “hədəf taxtası”nda olurlar, bu təkcə müğənnilərə yox, gündəmdə olan hər kəsə aiddir. Belə insanlar daha çox müzakirə olunurlar, bu dünyanın hər yerində belədir. Çünki cəmiyyətə onların mahnılarından, işlərindən daha çox qalmaqalları, şəxsi həyatları daha maraqlıdır. Bu son illər deyil, hər zaman belə olub. Onlar haqqında deyilən dedi-qodular insanalara daha maraqlıdır.

Buna adi misal deyəcəyəm, məsələn sosial şəbəkə hesabında yaxşı, “partlayış” mahnı paylaş sonra kiminsə həyatı ilə bağlı bir şayiə. Həmin şayiə mahnıdan daha çox insanların diqqətini cəlb edəcək”.

G.Ələkbərova psixoloqların tez-tez müğənnilərə söz atmasının gündəmə gəlmək istəyindən doğduğunu iddia edib:

“Bu gün psixoloqlar da müğənnilərə söz atır. Mən sözügedən psixoloqu tanımıram, yəqin onlar da gündəmə gəlmək üçün bunu edirlər. Ola bilər ki, həmin psixoloqun normal fəaliyyəti yoxdur, düşünür ki, gəl müğənnilər haqqında nə isə deyim, onlardan biri mənə cavab verər, mən də gündəmə gələrəm, məni də tanıyarlar. Nəticədə hamımız insanıq, azərbaycanlıyıq, bu cür sözlərə gərək yoxdur. 

Həm də bu cür dövrdə belə sözlər demək düzgün deyil, çünki bizə mənfur düşmənlərimiz də baxır, bir-birimizə dəyər verməliyik. Psixoloq da, müğənni də bu vətənin övladıdır, ayrım etmək olmaz. Mənim üçün fərqi yoxdur həmin insan müğənni, həkim, məmur yaxud başqa peşə sahibi olsun, əsas odur insan olsun. İnsanlar arasında heç vaxt ayrım etməmişəm, vacib olan onun insani keyfiyyətləridir”.

Həmçinin oxuyun

Dilarənin “Toppuş bacı” ilə son yazışması – Foto

“Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tünzalə mədəkiçiltmə əməliyyatı etdirdi, arıqladı. Sağlamlığına görə …