Ana səhifə / Şou Biznes / Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. 

Mayın 8-də Suraxanı rayon ərazisində gənc qız yolu keçərkən avtomobil onu vurub. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Zəhra Elsəvər qızı Allahverdiyeva xəsarət alıb.

Azinforum.az AzFakt.com-un hadisə ilə bağlı əldə etdiyi məlumata istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində 16 yaşlı qızı nəqliyyat vasitəsi ilə vuran şəxs müğənni Ziba Osmanlıdır. Hadisə nəticəsində yaralanan Zəhra Elsəvər qızı Allahverdiyevanın “Baku Medical Plaza” klinikasında əməliyyat keçirdiyi və hazırda vəziyyətinin orta ağır olduğu deyilir. 

Məlumata görə Ziba Osmanlı “Changan” markalı avtomobillə Zəhar Allahverdiyevanı piyada keçində vurub.

Hadisə ilə bağlı hazırda Suraxanı polis idarəsində araşdırma aparılır. 

Həmçinin oxuyun

“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”

“Gün keçdikcə anasını daha çox axtarmağa başlayır”. OLAY yazır ki, bu sözləri mərhum Əməkdar artist …