Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Şou Biznes / Müğənni Roza Zərgərli koronavirusa yoluxub: “Heç kimdə virus çıxmadı, bircə məndə çıxdı”

Müğənni Roza Zərgərli koronavirusa yoluxub: “Heç kimdə virus çıxmadı, bircə məndə çıxdı”

Müğənni Roza Zərgərli koronavirus infeksiyasına yoluxub.

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır. O bildirib ki, hazırda səhhəti yaxşıdır:

“Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətləri hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə şüşə göründü. Evə qayıdıb, özümü müalicə etdim.

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı isə odur ki, bütün ailə üzvlərimiz bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə.

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.

Həmçinin oxuyun

Sabiq məmurun qızı boşanmasından danışdı: “Bezmişəm, heç kim vecimə deyil”

Bloqqer Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib.  Aysel ünvanına deyilən tənqidlərə …