Ana səhifə / Şou Biznes / Müğənni Kibariyə konsertin bilet pullarını yığıb, qaçdı…- VİDEO

Müğənni Kibariyə konsertin bilet pullarını yığıb, qaçdı…- VİDEO

Tez-tez həyat yoladaşının xəyanət xəbərləri ilə gündəmə gələn ifaçı Kibariyə bu səfər başqa qalmaqalla gündəmə gəlib. Kibariyənin Almaniyanın Dortmund şəhərində verəcəyi konsertin bilet pullarını da yığıb, qaçdığı iddia olunur.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə konsertin təşkilatçıları çıxış edib. Təşkilatçılar öz sosial media hesabları vasitəsilə video çəkərək, şikayətlərini bildiriblər. Daha sonra Kanal D-də yayımlanan bir maqazin verilişinə bağlanaraq Kibariyə tərəfindən aldadıldıqlarını söyləyiblər.

“Yemək alıb, qaçdılar”

Təşkilatçı: “Kibariyə və yoldaşı təyyarədən enər-enməz məndən dükana girmək üçün pul istədilər. Bir xeyli ərzaq aldıqdan sonra konsertin keçiriləcəyi məkana keçdik. Bundan sonra Kibariyənin yoldaşı Ali Küçükbalçıq qapının ağzına öz adamlarını qoydu və biletin pullarını yığmağa başladı. Sonra mənə yaxınlaşıb Kibariyənin konsertə çıxmaq istəmədiyini bildirdi”.

“Mən Kibariyəyə bunun onun etibarına xələl gətirəcəyini desəm də o, həyat yoldaşının sözü ilə hərəkət etməyi seçdi. Pulu da götürüb getdilər ”.

Kibariyə cəbhəsindən açıqlama gəldi…

Kibariyə isə öz növbəsində sosial media hesabından paylaşım edərək bildirdi ki, konsertin təşkilatçıları şərtlərimi yerin yetirmədikləri üçün konsertə çıxmadım.

kibariy'.PNG (183 KB)

 

 

 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …