Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Şou Biznes / Müğənni İzzət Bağırov: “İfaçını verilişə divan boş qalmasın deyə çağırırlar”

Müğənni İzzət Bağırov: “İfaçını verilişə divan boş qalmasın deyə çağırırlar”

“Müğənnini verilişə divan boş qalmasın deyə çağırırlar”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov verilişlərin birində deyib. O, proqramlarda ifaçılara hörmətsizlik olunduğunu bildirib:

“Aparıcı rejissorla danışır, ona deyirlər ki, üç dəqiqəlik vaxt qalıb. Müğənnidən soruşur ki, üç dəqiqəlik mahnın var? Efirə belə müğənni çağırarlar? Çağırana qədər 50 dəfə xahiş edib. Reklamlar olur, sponsorlardan danışır. Sual verir, amma fikri səndə deyil. Cavab verirsən, “hə” deyir. Sonra da deyirlər ki, müğənnilər efirə çıxmırlar. Belə dəvət etsəniz, gəlməz də”.

Həmçinin oxuyun

“Heç biri onunla vidalaşmağa gəlmədi” – FOTO

“Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!”. Axşam.az bildirir ki, bu sözləri …