Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Müdir müğənni icra başçısının qohumu çıxdı – FOTO

Müdir müğənni icra başçısının qohumu çıxdı – FOTO

Bir neçə gündür ki, müğənni Gülnar Nəbi Çingizin Xırdalan şəhərində yerləşən 17 saylı uşaq bağçasına direktor təyin edilməsi müzakirə olunur. El şənliklərində çıxış edən müğənninin bağça rəhbəri olması birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə isə müğənninin yayılan açıq-saçıq fotoları sərt tənqid olunub.

“Qafqazinfo”nun əməkdaşları məsələyə aydınlıq gətirmək üçün bu gün 17 saylı uşaq bağçasında olublar.

Bağça nəzarətçisi xanım müdirin Abşeron rayon İcra Hakimiyyətində iclasda olduğunu bildirib. Daha sonra isə yeni rəhbərin körpələr evində olduğunu diqqətimizə çatdırdılar.

1464959650_img_2334

Ünvandan uzaqlaşmadığımızı görən bir qadın özünü direktor müavini kimi təqdim edərək Gülnar Nəbinin məkanda olmadığını, bu barədə danışmaq istəmədiyini söyləyib.

Məlum oldu ki, əslində bağça müdiri iş başındadır, sadəcə köməkçiləri gizlədir. Elə maşını da bağçanın qarşısında idi.

1464959661_1111

Bağça əməkdaşları isə yayılan fotoların yeni müdirələrinə aid olmadığını, başqa biri ilə səhv salındığını qeyd ediblər.

Mediada yayımlanan fotolardakı Gülnar Nəbi deyil

1464959636_0adb35cd86b8

Gülnar Nəbi Əli Osmanlı adlı iş adamı ilə evlidir. Cütlüyün iki oğlan övladı var.

Günlərdir sosial şəbəkələrdə müzakirə olunan təyinat gözlənilməz deyilmiş. Belə ki, Gülnar Nəbi Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın yaxın qohumu imiş.

Qayınanası Ədalət Camalova isə Xırdalan şəhərində yerləşən 2 nömrəli məktəbin direktorudur.

Müğənni müdirin öz fotolarını təqdim edirik:

qafqazinfo.az

1464959611_1016959-1401453856802723-3318743864629246060-n 1464959668_10155684-1401453796802729-2752947378765571880-n 1464959687_10153742-1397498143864961-5041546576506546727-n

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın