Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Müdafiə Nazirliyində şəhid ailələrinə yeni mənzillərin orderləri verilib

Müdafiə Nazirliyində şəhid ailələrinə yeni mənzillərin orderləri verilib

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə əbədiyaşar Ali Baş Komandanın və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ulu öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin tarixində müstəsna xidmətlərindən danışıb. Onun siyasi kursunun bu gün prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bir daha nəzərə çatdırılıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Heydər Əliyev müasir Azərbaycan Ordusunun memarıdır” mövzusunda məruzə edib. Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi dövrdə ulu öndərin Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında olduğu kimi, ordu quruculuğu və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, hərbi peşələrə yiyələnməsi istiqamətində də tarixi xidmətləri olub.
Bu gün Silahlı Qüvvələrin bütün qoşun növlərində, birlik və birləşmələrində Heydər Əliyev tərəfindən əsası qoyulan indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri olan minlərlə zabit Vətənə və dövlətə sədaqətlə xidmət edir, Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Şəki rayon Kiş kənd Heydər Əliyev adına tam orta məktəbində 42 il müəllimə işləmiş şəhid anası Dursun Abdullayeva ulu öndərlə bağlı xatirələrini danışıb, şəhid atası Əlislam İsayev Heydər Əliyevin vaxtında olduğu kimi bu gün də ölkəmizdə şəhid ailələrinin, eləcə də döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.

Sonra düşmən təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış mayor Aqşin Abdullyevin, gizir Sənan İsayevin ailələrinə, istefada olan gizirlər Natiq Mehdiyev və Ülfət Həsənova şəhid və yaralı hərbi qulluqçuların sosial müdafiəsi çərçivəsində yeni mənzillərin orderləri verilib.
Ulu öndərin ad günündə evlə təmin olunan şəhid ailələri və istefada olan hərbi qulluqçular göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın