Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Mübariz Qurbanlıdan yeni təyinat

Mübariz Qurbanlıdan yeni təyinat

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

Report.az-ın məlumatına görə, Sadiq Mirzəyev DQİDK-də yeni yaradılan Dini Maarifləndirmə İşinin Təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Dini Maarifləndirmə İşinin Təşkili şöbəsi yeni yaradılıb və ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədilə dini maarifləndirmə işini təşkil edir.

Şöbə bu məqsədlə respublika və regional səviyyədə konfrans, “dəyirmi masa”, seminar-treninqlərin keçirilməsi, təhsil müəssisələrində, habelə digər hökumət və qeyri-hökumət təşkilatlarında vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı preventiv tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, dini qurumlar arasında maarifçilik işi aparır və onların koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin edir.

Şöbə Komitənin rəsmi orqanı olan “Dövlət və Din” ictimai fikir toplusunu, “Cəmiyyət və Din” qəzetini, dini mahiyyətli müxtəlif ədəbiyyatı və s. maarifləndirici materialları nəşrə hazırlayır. Bu məqsədlə şöbəyə daxil olan məqalələrin, əlyazmaların qeydiyyata alınması, əməkdaşlar arasında bölüşdürülməsi və çapa hazırlığı ilə əlaqədar digər işlərin aparılmasını həyata keçirir.

Bundan əlavə, şöbəyə daxil olan məktubların, müraciətlərin analiz edilib cavablandırılmasını və Dövlət Komitəsi sədrinin ona həvalə etdiyi digər funksiyaları yerinə yetirir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın