Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Mübariz Qurbanlı: Azərbaycanda məzhəblərarası, təriqətlərarası qarşıdurmaya çağıran kitablar var

Mübariz Qurbanlı: Azərbaycanda məzhəblərarası, təriqətlərarası qarşıdurmaya çağıran kitablar var

“Bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablar var ki, onlarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən və yaxud buna çağıran fikirlər öz əksini tapıb. Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik”

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri deyib ki, bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər:

“Dünyanın əksər ölkələrində bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu da həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur. Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var və onlara qarşı mübarizədə bu sahə də özünü göstərir. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən kitablar rəy alındıqdan sonra yayıla bilər:

“Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var və bu qanuna əsasən, Azərbaycanda nəşr olunan, Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın