Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Müalicələrlə bağlı reklama görə cərimələr tətbiq ediləcək

Müalicələrlə bağlı reklama görə cərimələr tətbiq ediləcək

Azərbaycanda tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə 2 min manatadək cərimə tətbiq ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Yeni layihədə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə cərimələrin məbləği də artırılır. Hazırda bu hala görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat cərimə edilir. Yeni layihədə isə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamına görə də vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın