Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Müəllimlər imtahansız da işə qəbul ola biləcək

Müəllimlər imtahansız da işə qəbul ola biləcək

“Bu il bəzi təhsil müəssisələrinin müəllimlərinə müsabiqədənkənar işə qəbul olmaq hüququ verilib, bu müəssisələrin siyahısı artıq təsdiqlənib”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. Onun sözlərinə görə, artıq 10 müəssisə müəyyənləşib.

“Onların hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırmalıdırlar. Seçilmiş müəssisələr Respublikada ən yüksək akademik göstəricilərə malikdir. Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və siyahı müvafiq komissiya tərəfindən araşdırılacaq”.

E.Bağırov qeyd edib ki, gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsinə baxıla bilər.

“Bu məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Həmin müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Bununla belə, namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.

E.Bağırov vurğulayıb ki, növbəti dəyişiklərdən biri peşə təhsili ilə balıdır. Nazirlik rəsmisinin sözlərinə görə, peşə təhsili müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq və həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın