Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / “Müəllim geyiminə görə tanınmalıdır”- Yeni rektor

“Müəllim geyiminə görə tanınmalıdır”- Yeni rektor

“İstənilən qurumun rəhbəri təyinatından dərhal sonra struktur bölmələr, maddi-texniki baza, tədris sistemi ilə yaxından tanış olur. Bundan əlavə dəyişikliklər həyata keçirmək labüd olur”.

Bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva jurnalistlərə açıqlamasında bildirib. Onun sölərinə görə, BSU-da bir sıra yeniliklər ediləcək.

“Elə bir dövrdə yaşayırıq ki, yeniliklər hər gün bizi izləyir. Çünki biz dünyaya inteqrasiya olunuruq. Ona görə də yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik”.

O, həmçinin BSU-da ciddi kadr islahatı ilə bağlı suala da aydınlıq gətirib. “Ciddi kadr islahatı deməzdim, amma kadr islahatları aparılacaq”.

Nurlana Əliyeva sözügedən təhsil müəssəsində müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala da aydınlıq gətirib. O, bildirib ki, bu məsələ gündəmdə deyil: “Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, bu adam müəllimdir. Müəllim tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətləri ilə diqqəti cəlb etməməlidir. Səliqəsi, səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geyimi koorporativ, tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harda iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin”.

Qeyd edək ki, mətbuatda BSU-nun yeni təyin edilmiş rektorunun müəllim və tələbələrin geyimində forma tələb etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın