Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Şou Biznes / MTN-dən İŞİD-ə qoşulan azərbaycanlı ana və qızlar haqda –Açıqlama

MTN-dən İŞİD-ə qoşulan azərbaycanlı ana və qızlar haqda –Açıqlama

“İlqar Yusifovun mətbuata verdiyi açıqlamalar cəfəngiyatdır!”

Musavat.com AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı həyat yoldaşı və iki azyaşlı qızı ilə birgə İŞİD-ə qoşulan İlqar Yusifovun mətbuata danışdıqlarını şərh edərkən bildirib.

“Onun bütün danışdıqları cəfəngiyatdır. Mən buna cavab verə bilmərəm”

Məsələ ilə bağlı açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da bu barədə movqeyinin olmadığını bildirib: “Mən bu barədə heç nə deyə bilmərəm”.

Bakı şəhər sakini 38 yaşlı İlqar Yusifov AzNews.az-a müraciət edərək öz ailə dramını danışıb. İlqarın həyat yoldaşı Pərvanə, qızları Nəzrin və Lalə ilə birgə artıq 5 aydır ki, Azərbaycanı tərk edərək Suriyaya gedib və orada İŞİD terror qruplaşmasına qoşulub.

İlqar Yusifovun sözlərinə görə, o, 2003-cü ildə Pərvanə adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən 2 qız övladı olub. İ.Yusifov deyir ki, ailəsi ilə 2009-cu ilə qədər xoşbəxt yaşayıb. Lakin həmin ildən sonra ailədə problemlər yaranıb. Belə ki, Xırdalan qəsəbəsindəki qonşuları Əfsanə və Məlik Rəsulovlar ailəsi vəhhabilərə məxsus cərəyana qoşulub. Qonşuların təsiri ilə Pərvanə Yusifova da onlara qoşulub. Bundan sonra, P.Yusifova qızlarını Suriryaya yollanıb.

İ.Yusifov iddia edir ki, məsələ ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət etsə də bu araşdırılmayıb. Baş Prokurorluq və MTN isə bu iddiaları əsassız sayır.

Həmçinin oxuyun

“Nə qədər şərəfsiz var imiş…” – Elton Azərbaycanı bu ittihamla tərk etdi – Foto

Müğənni Elton Hüseynəliyev bundan sonra Türkiyədə yaşayacaq.  Bu barədə ifaçı İnstaqram hesabında məlumat verib. Hüseynəliyev …

Bir cavab yazın